• Haqqımızda
  • Əlaqə
Medialive.az
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Deputatlar

"Əli Kərimli uzun illər Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə əlaqədə olub"

01 Dekabr, 25 / 15:12
A A
"Əli Kərimli uzun illər Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə əlaqədə olub"

“DTX AXCP sədri Əli Kərimlinin mənzilində axtarış işləri həyata keçirib. Bu addım Ramiz Mehdiyev işi ilə birbaşa əlaqəli reallaşdırılıb. Axtarış prosesində tapılmış sənədlər və materiallar bütün yolların Moskvaya apardığını təsdiqləyib. Xüsusilə də Əli Kərimlinin milyarderlər ittifaqı ilə əlaqələrini təsdiqləyən sənədlər ortaya çıxıb. Eyni zamanda Ramiz Mehdiyevin Moskvaya ünvanladığı məktubların, mediada getməyən, redaktə olunmuş variantı da üzə çıxıb. Deməli, Əli Kərimli bir yandan özünü Qərb siyasətçisi kimi cəmiyyətə sırımaq istəyib, digər tərəfdən isə Moskva ilə əlaqədə olduğu təsdiqlənib”.

Bu fikirləri Medialive.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O bildirib ki, Əli Kərimli Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əlaqədə olub:

“Əli Kərimlinin yaxın silahdaşlarından biri olan Saleh Rüstəmlinin Rusiya xüsusi xidmət orqanlarının ismarıclarını Əli Kərimliyə çatdırdığı ilə bağlı faktlar da təsdiqini tapıb. Bu faktlar göstərir ki, Əli Kərimli konspirativ qaydada da olsa, Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə bu və digər səviyyədə əlaqədə olub. Bu, artıq Əli Kərimliyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirmək və dövlətin konstitusiya quruluşunu devirmək) maddəsi ilə ağır ittiham irəli sürülüb. Belə olan təqdirdə istinsa deyil ki, istintaq prosesinə cəlb edilən şəxslərin siyahısı daha da genişlənsin. Artıq Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli İstanbuldan deportasiya edilib. Onun da istintaqa cəlb ediləcəyi labüddür. O da bəllidir ki, Milli Şuranın sədri Cəmil Həsənli Dubaya qaçmaq istəyərkən hava limanında saxlanılıb və ölkədən çıxışına stop qoyulub. “DTX onu da istintaqa cəlb edib”.

Deputat qeyd edib ki, AXCP illərdir antidövlət fəaliyyətinin ideoloji mərkəzi olub:

“Bu sıranın genişlənəcəyi gözləniləndir. Ən əsası odur ki, cəmiyyəti belə bir sual maraqlandırır. Bir partiyanın sədri dövlət hakimiyyətini zəbt etmək işində ittiham olunursa, deməli onun rəhbərlik etdiyi partiyanın bu gün Azərbaycan siyasi sistemində mövcudluğuna yer yoxdur. Bu partiya antidövlət fəaliyyətinin ideoloji mərkəzi olub. Xaricdən təlimatlar alıb. Sözügedən nöqteyi-nəzərdən partiyanın fəaliyyətinə xitam verilməsi məsələsi də bir ictimai sifarişə çevrilməkdədir. Yəqin ki, bu məsələlərə yaxın günlərdə aydınlıq gətiriləcək”.

Mikayıl Mirzəzadə

Əvvəlki yazı

Prezident bu yolun təmirinə 2 milyon manat ayırdı - SƏRƏNCAM

Növbəti yazı

Əli Kərimli haqda həbs qətimkan tədbiri seçildi

XƏBƏR LENTİ

“Radio jurnalistikası” əsəri dərslik yaradıcılığımızda bir ilkdir

“Radio jurnalistikası” əsəri dərslik yaradıcılığımızda bir ilkdir

09 Dekabr, 25 / 23:06
"Davamlı sülhə nail olmaq üçün ABŞ-nin köməyinə ehtiyac var" 

"Davamlı sülhə nail olmaq üçün ABŞ-nin köməyinə ehtiyac var" 

09 Dekabr, 25 / 17:05
Litvada bu səbəbdən fövqəladə vəziyyət elan edildi

Litvada bu səbəbdən fövqəladə vəziyyət elan edildi

09 Dekabr, 25 / 17:00
"Ərdoğan mənim dostumdur, onunla hər problemi həll edirik" - Tramp

"Ərdoğan mənim dostumdur, onunla hər problemi həll edirik" - Tramp

09 Dekabr, 25 / 16:53
Çin ehtiyat gəmisini işə saldı - Şimal Dəniz Marşrutu boyunca istifadə ediləcək

Çin ehtiyat gəmisini işə saldı - Şimal Dəniz Marşrutu boyunca istifadə ediləcək

09 Dekabr, 25 / 16:47
Sabah metro bu saata qədər işləyəcək

Sabah metro bu saata qədər işləyəcək

09 Dekabr, 25 / 16:42
"Ukraynada seçkilər, Rusiyanın mövqeyi və Avropanın qeyri-stabilliyi... - Trampın müsahibəsindən geri qalanlar

"Ukraynada seçkilər, Rusiyanın mövqeyi və Avropanın qeyri-stabilliyi... - Trampın müsahibəsindən geri qalanlar

09 Dekabr, 25 / 16:41
Sarkozi Makronun bu təklifini qəbul etməyib

Sarkozi Makronun bu təklifini qəbul etməyib

09 Dekabr, 25 / 16:32
"Bitcoin" bu ili enişlə başa vuracaq - Ekspertlərdən xəbərdarlıq

"Bitcoin" bu ili enişlə başa vuracaq - Ekspertlərdən xəbərdarlıq

09 Dekabr, 25 / 16:27
Kallas: ABŞ-nin bu ittihamları təxribatdır

Kallas: ABŞ-nin bu ittihamları təxribatdır

09 Dekabr, 25 / 16:19
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:100927175
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.