“Xarici dil sertifikatlarının verilməsində müəyyən qeyri-obyektiv, qeyri-şəffaf üsullardan istifadə halları aşkar olunub”.
Medialive.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, TOEFL, IELTS, Cambridge və digər beynəlxalq sertifikatların ekvivalentliyi və həqiqiliyinin yoxlanılması ilə bağlı qaydalar 2023-cü ildə təsdiq edilib:
“Bu il yoxlanılan 171 sertifikatdan 160-ı təsdiqlənib, 11-i isə qeyri-şəffaf üsullarla əldə edildiyi müəyyən edildiyi üçün qəbul edilməyib”,- o qeyd edib.
