ABŞ Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petronu narkotik qaçaqmalçılığında iştirak etməkdə günahlandırıb və Maduroya qarşı əməliyyata bənzər digər əməliyyatın baş verəə biləcəyinə toxunub.
Medialive xəbər verir ki, Tramp bildirib ki, Kolumbiya kokain istehsal etməkdən və onu ABŞ-yə satmaqdan zövq alan xəstə bir adam tərəfindən idarə olunur.
Qeyd edək ki, yanvarın 3-də ABŞ xüsusi təyinatlıları qruplaşması – Delta Venesuela Prezidenti Nikolas Maduronu Karakasda saxlayaraq ölkədən çıxarıblar.
O, narkotik qaçaqmalçılığında ittiham edilir. Maduro bu gün Nyu-Yorkda məhkəmədə çıxış edəcək.




















