Avropa Birliyinin (Aİ) peyk monitorinq sistemi Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) 2025-ci ilin tarixdə ikinci ən isti il olduğunu açıqlayıb.
Medialive Qərb mətbuatına istinadən xəbər verir ki, C3S tərəfindən dərc edilən aylıq temperatur təhlilinə əsasən, 2025-ci ilin noyabr ayı qlobal miqyasda rekordlar üzrə üçüncü ən isti noyabr olub.
Keçən ay qlobal səth temperaturu orta hesabla 14,02 dərəcə Selsi olub ki, bu da 1991-2020-ci illərin orta göstəricisindən 0,65 dərəcə yüksəkdir.
Kanadanın Şimalında və Şimal Buzlu Okeanında orta səviyyədən yüksək temperatur ölçülüb.
2025-ci ilin yanvar-noyabr aylarında orta temperatur 1850-1900-cü illərin orta göstəricisindən 1,48 dərəcə yüksək olub, rekordun ikinci ən isti ili olan 2023-cü ilin eyni dövrü ilə oxşar xüsusiyyətlər nümayiş etdirib.
Beləliklə, 2024-cü il tarixin ən isti ili olaraq qalacaq, 2023 və 2025-ci illər isə ikinci ən isti il olacaq. Qlobal orta temperatur artımının bu il sənayedən əvvəlki orta göstərici ilə müqayisədə 1,5 dərəcə Selsi (1,5 dərəcə Fahrenheit) keçməsi gözlənilməsə də, 2023-2025-ci illər bu temperatur həddinin keçdiyi ilk üç illik dövr olacaq.




















