CANLI
Hadisə

60 yaşlı kişi idman edərkən öldü

Göyçay rayon stadionunda 60 yaşlı kişi ölüb.

Medialive.az metbuat.az-a istinadən xəbər verir ki, Göyçay rayonunun Məmməd Əmin Rəsulzadə küçəsində yaşayan, 1966-cı il təvəllüdlü Ehtiram Xəlilov bu gün səhər saatlarında stadiona idman etmək üçün yürüşə gəlib.

Bu zaman özünü pis hiss edib. Dərhal hadisə yerinə həkim gəlsə də, şəxsin həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, mərhum ürək çatışmazlığından rəhmətə gedib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma başlanıb.