ABŞ-nin Texas ştatında 20 yaşlı Kevin Marin anasını yatarkən 11 dəfə bıçaqlayaraq qətlə yetirib.
Medialive Qərb mətbuatına istinadən xəbər verir ki, Kevin gecə yarısına qədər gözləyib və anası yatan kimi onun otağına gedərək bıçaqlayıb.
Yataq otağından gələn səslərə oyanan Kevinin qardaşı anasını dəhlizdə qanlar içində yatmış vəziyyətdə görüb.
Hadisə yerinə çoxlu sayda qruplar göndərilib, ana ağır xəsarətlərlə xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Məhkəmə məlumatlarına görə, Kevinin qardaşı anası ilə birlikdə onu “dəli” adlandırıbmış.
20 yaşlı gənc həbs edilərək həbsxanaya göndərilib. O, ağır hücum və adam öldürməyə cəhddə ittiham olunur.




















