31 yaşlı Endryu Keyn bacısı ilə fermada işləyərkən milçək onun dirsəyindən dişləyib.
Medialive xəbər verir ki, hadisə İngiltərədə baş verib.
Belə ki, o, milçək dişlədikdən sonra dirsəyində qırmızı ləkə görüb. Anası onu xəstəxanaya getməyə məcbur etməsindən sonra, nəhayət Endryu xəstəxanaya gedərək antibiotik qəbul edib.
Bir həftə sonra 31 yaşlı adam dostları ilə gəzintiyə çıxıb.
Amma, çox keçməmiş yıxılaraq həyatını itirib.




















