8 Mart Beynəlxalq Qadınlar Günü bu il bazar gününə düşdüyündən Azərbaycanda iş və istirahət günlərinin yeri dəyişdirilib.
Medialive.az-ın məlumatına görə, Əmək Məcəlləsinin tələbinə uyğun olaraq bayram günü istirahət gününə təsadüf etdiyindən, 9 mart da qeyri-iş günü olunacaq.
Beləliklə, mart ayında həftəsonları və rəsmi bayram günləri nəzərə alınmaqla ümumilikdə 17 gün qeyri-iş günü olacaq.