Rusiya Prezidenti Vladimir Putin Kupyansk və Krasnoarmeyskdəki Ukrayna qüvvələrinin rus qoşunları tərəfindən mühasirəyə alındığını bildirib.
Medialive.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri bu ərazilərdə media nümayəndələrinin olduğu müddətdə hərbi əməliyyatları dayandırmağa hazırdır.
“Mən bu məsələni müvafiq qrupların komandirləri ilə müzakirə etmişəm. Onlar media nümayəndələrinin, xarici jurnalistlərin və ukraynalı jurnalistlərin düşmənin mühasirəsi zonalarına buraxılmasının əleyhinə deyillər ki, içəri girib nə baş verdiyini özləri görə bilsinlər”, – deyə Putin deyib.




















