Çinin maliyyə institutları 2000-2023-cü illər arasında ABŞ-yə texnologiya və infrastruktur layihələri üçün 200 milyard dollardan çox kredit verib.
Medialive xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Virciniya Universitetində AidData tədqiqat laboratoriyasına istinadən məlumat yayıb.
Məlumata görə, Çin kreditorları ABŞ-nin demək olar ki, hər bir ştatında qaz kəmərlərindən tutmuş hava limanlarına qədər 2500 layihəni dəstəkləyib. Kreditlərin yarısından çoxu 2018-ci ildən bəri verilib.
Dövlət səviyyəsində həyata keçirilən yüzlərlə layihə arasında Şimali Virciniyada dünyanın ən böyük məlumat mərkəzlərindən biri olan Kanadadan Nyu-Yorka yüksək gərginlikli ötürmə xətti və Nyu Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanında bir neçə terminal daxildir.
AidData-nın İcraçı Direktoru Bradley Parksın sözlərinə görə, Vaşinqton digər ölkələrə Çindən borc asılılığı barədə xəbərdarlıq edib, amma Çin dövlət kreditorlarından ABŞ borcalanlarına kifayət qədər çoxlu kreditlər gəlir.




















