ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün yeni sülh planını təsdiqləyib.
Medialive NBC News-a istinadən xəbər verir ki, 28 bəndlik planın hazırlanmasında ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff, vitse-prezident J.Vens, dövlət katibi Marko Rubio və ABŞ prezidentinin kürəkəni Cared Kuşner iştirak ediblər.
Məlumata görə, planın hazırlanması zamanı ABŞ administrasiyasının yüksək rütbəli rəsmiləri Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev, eləcə də Ukrayna rəsmiləri ilə məsləhətləşmələr aparıblar.
Qeyd olunub ki, Kiyevə yeni təkliflə bağlı hələ məlumat verilməyib və planın yekunlaşdırılması üçün son tarix ABŞ hərbi rəsmilərinin Ukraynaya səfəri ilə üst-üstə düşüb.
ABŞ-nin ordu katibi Daniel Driskolun başçılıq etdiyi nümayəndə heyəti Kiyevə gedib.
Onların məqsədi Ukrayna rəhbərliyi ilə hərbi texnologiyalar və strategiyaları müzakirə etmək və sülh prosesinin bərpasına kömək etmək olub.




















