Dünyaca məşhur ” The Telegraph” xəbər agentliyi Ukraynada müharibəyə son qoymaq üçün ABŞ və Rusiya tərəfindən son gizli danışıqlar zamanı hərtərəfli müzakirə olunan 28 bəndlik məxfi plan haqqında məlumat verib.
Medialive xəbər verir ki, ötən axşam qəzetdə bu barədə geniş məqalə dərc edilib.
Nəşrin yazdığına görə, planda nəzərdə tutulur ki, Kiyev Donbası Moskvaya verərsə, Rusiya regiona faktiki nəzarət üçün icarə ödəyəcək.
Daha bir etibarlı mənbə məlumat verib ki, ABŞ və Rusiya özəl olaraq bütün Donbasın Rusiyaya təhvil verilməsini, Xerson və Zaporojjya vilayətlərində cəbhə xəttinin dondurulmasını və Ukrayna Silahlı Qüvvələrinin yarıya qədər azaldılmasını nəzərdə tutan plan hazırlayıb.
“The Telegraph” onu da yazıb ki, plan Ukrayna ordusunun yarıya endirilməsini, uzaqmənzilli raketlərin və xarici raketlərin yerləşdirilməsini qadağan etməyi və ABŞ-nin hərbi yardımını nəzərdə tutur.




















