Çexiyada iki qatarın toqquşması nəticəsində 57 nəfər xəsarət alıb.
Medialive xəbər verir ki, bu barədə “İrozhlas” xəbər portalı məlumat yayıb.
Məlumata görə, 15 nəfər orta dərəcəli, qalanları isə ağır yaralanıb.
Qeyd edək ki, Çexiyanın ən böyük şəhəri olan Çeske Budejovice yaxınlığında Zliv şəhərləri ilə Divçice kəndi arasındakı dəmir yolu xəttində iki sərnişin qatarı toqquşub.




















