Almaniya kansleri Fridrix Merz Trampın Ukrayna ilə bağlı yeni planından narahatdır və diplomatik əks tədbirlər üzərində işləyir.
Medialive xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Kanslerin sözlərinə görə, Almaniya hökuməti Kiyevi ABŞ-nin təzyiqinə boyun əyməməsi üçün Avropalı tərəfdaşlarını səfərbər edib.
Bundan başqa, Berlin Ukrayna münaqişəsinin həlli ilə bağlı Aİ-nin mövqeyini təbliğ etməklə Vaşinqtona təsir etməyi planlaşdırır.
Eyni zamanda, Almaniya hakimiyyəti etiraf edib ki, Ukrayna tərəfi hazırda həm hərbi, həm də siyasi cəhətdən zəifləyib.




















