İsrail ilə HƏMAS arasında atəşkəs davam edir.
Medialive xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Vals deyib.
“Vəziyyət mürəkkəb və kövrək olaraq qalır. Atəşkəs qorunur, girovlar sağ-salamat azad edilib”, – Valts Sinqapurda təşkil edilən Yeni İqtisadiyyat Forumunda çıxış edərkən deyib.
Qeyd edək ki, noyabrın 19-da İsrail ordusu HƏMAS-ın müəyyən ərazilərdə radikal fəaliyyət göstərdiyini əsas gətirərək Qəzzaya hava zərbələri endirib.
Zərbələr nəticəsində 25 nəfər ölüb.
Xatırladaq ki, Qəzzada atəşkəs razılaşması oktyabrın 10-da qüvvəyə minib.




















