“Tramp administrasiyasının Rusiya və Ukrayna arasında 28 bəndlik sülh planı açıq deyim ki, Nevil Chemberleinin İkinci Dünya Müharibəsindən əvvəl Hitlerə təslim olması ilə müqayisə oluna biləcək bir razılaşma hesab olunacaq”.
Medialive Qərb mediasına istinadən xəbər verir ki, bu fikirləri ABŞ senatoru Mark Vorner deyib.
O, Fox News-a verdiyi müsahibədə planın qəbul ediləcəyi təqdirdə Çin lideri Sin Cin Pinin Tayvanı işğal etməyə sövq edə biləcəyindən qorxduğunu söyləyib və təklifi Ukraynanın tam təslim olması adlandırıb.
Məlumata görə, plan Respublikaçılar Partiyasının bəzi aparıcı Rusiya tənqidçiləri, o cümlədən Lindsey Graham, Mitch McConnell və Roger Wicker tərəfindən tənqidlərə səbəb olub və onlar Tramp administrasiyasını təklifə yenidən baxmağa məcbur edirlər.




















