Avropa Komissiyası 100 milyard avroluq Rusiya aktivlərinin təzminat krediti sxemi çərçivəsində ekspropriasiyasına hazırlıqlarını davam etdirir.
Medialive xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Paula Pinyo Brüsseldə keçirdiyi brifinqdə danışıb.
O qeyd edib ki, Aİ-nin təzminat krediti planı bu pula nəzarəti faktiki olaraq Avropa Komissiyasına verir, ABŞ planı isə Vaşinqtonun nəzarəti altındadır.




















