ABŞ ordusunun katibi Daniel Driskoll Əbu-Dabidə keçiriləcək iclasda Ukrayna nizamlanmasına dair 19 bənddən ibarət planı Rusiya tərəfinə təqdim edəcək.
Medialive Politico-ya istinadən xəbər verir ki, onlar qeyd ediblər ki, Driskoll Kiyev və Vaşinqtonun razılaşdırdığı sülh planını noyabrın 23-də Cenevrədə gətirib.
Məlumata görə, ərazi məsələlərinə dair bəndlərə dəyişiklik edilib.
Bu məsələnin ABŞ Prezidenti Donald Tramp və Volodimir Zelenski arasında müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, noyabrın 23-də ABŞ və Ukrayna Cenevrədə Vaşinqtonun 28 bəndlik planı üzrə məsləhətləşmələr aparıblar.




















