ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff gələn həftə Rusiyaya səfər edəcək.
Medialive xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov RBC-yə açıqlamasında deyib.
Eyni zamanda ABŞ-nin ordu katibi Den Driskoll da Ukrayna nümayəndələri ilə danışıqlar aparacaq.
Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp xüsusi elçinin Rusiyaya gözlənilən səfərini açıqlamışdı.
O, Uitkoffa Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi tapşırıb.




















