Macarıstanın baş naziri Viktor Orban noyabrın 28-də Moskvaya səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.
Medialive xəbər verir ki, bu barədə Macarıstanın “VSquare” internet nəşri məlumat yayıb.
Budapeştdən bununla bağlı heç bir rəsmi açıqlama verilməyib.
Kremlin mətbuat katibi Dmitri Peskov, “Yunashev Live” telegram kanalına verdiyi şərhdə Kremlin Putin və Orban arasında mümkün əlaqəni elan edəcəyini bildirib.
Qeyd edək ki, Macarıstanın baş naziri və Rusiya prezidenti 2022-ci ildən bu yana üç dəfə, ümumilikdə 14 görüş keçiriblər. Onların sonuncu görüşü 2024-cü il iyulun 5-də Moskvada baş tutub.




















