Qırğızıstanın paytaxtı Bişkekdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar baş tutub.
Medialive xəbər verir ki, bu barədə Belarusun “Pool Pervogo” telegram kanalı məlumat yayıb.
Görüş protokolda 40 dəqiqə nəzərdə tutulsa da, 1 saat 37 dəqiqə çəkib.
İki dövlət başçısının əvvəlki görüşü sentyabrda Kremldə baş tutub və telefon danışıqları müntəzəm olaraq baş verir.
Qeyd edək ki, bu gün Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti keçirilir.




















