Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Təhlükəsizlik Şurasının dövlət başçılarının zirvə toplantısında qəbul edilən Bəyannamədə Azərbaycan-Ermənistan arasındakı sülh prosesindən bəhs edilib.
Medialive xəbər verir ki, Bəyannamədə deyilir:
“Biz Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında fəal dövlətlərarası dialoqu məmnunluqla qeyd edirik. Biz hərtərəfli nizamlanmanın və tərəflər arasında qeyd-şərtsiz sülh müqaviləsinin mümkün qədər tez bağlanmasının tərəfdarıyıq”.




















