Rusiyanın “Neiry” şirkəti beyinlərinə implantasiya edilmiş neyroçiplər vasitəsilə uçuşu idarə oluna bilən göyərçinləri təqdim edib.
Medialive xəbər verir ki, şirkətin rəhbəri Aleksandr Panovun TASS-a verdiyi məlumata görə, bu biodronlardan monitorinq və təhlükəsizlik məqsədləri üçün istifadə olunacaq.
“Göyərçinin kürəyindəki “kürək çantasına” yerləşdirilən avadanlıqla birlikdə neyroçip beynin müəyyən hissələrini neyrostimulyasiya edir ki, bu da quşu könüllü olaraq sola və ya sağa uçmağa vadar edir. Bu stimullaşdırma məcburiyyətsizdir. Biz sadəcə quşun təbii bioloji reaksiyalarını və istəklərini gücləndiririk. Bu, onun psixoloji və ya fiziki quruluşuna zərər vermədən baş verir” – deyə şirkətdən bildirilib.




















