Moskva Ukraynaya dair sülh planının əsas parametrlərini Cenevrədə Kiyev, ABŞ və Avropa nümayəndələrinin müzakirəsindən sonra alıb.
Medialive İnterfaks-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Əsas parametrlər açıqlanıb. Gələn həftə Moskvada müzakirə olacaq”, – deyə Peskov Cenevrədəki müzakirələrdən sonra Moskvanın Ukrayna ilə bağlı planı alıb-almaması ilə bağlı sualı cavablandırıb.
Mətbuat katibi Ukrayna nizamlanmasına dair qərarları kimin tanımalı olduğuna aydınlıq gətirib:
“Bu, danışıqlar zamanı müəyyən olunacaq. Bütün bu nüanslar danışıqlar zamanı müəyyən olunacaq. Biz özümüzdən qabağa getmək və müzakirəni belə ictimai, həddindən artıq formatda keçirmək istəmirik; hesab edirik ki, bu, yersizdir”.
Qeyd edək ki, Cenevrədə Ukrayna, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa nümayəndələrinin görüşü baş tutub.




















