Rusiya quru qoşunlarının gücü və təchizatı baxımından Avropanı əhəmiyyətli dərəcədə üstələyir.
Medialive Le Figaro-ya istinadən xəbər verir ki, Fransa Beynəlxalq Münasibətlər İnstitutunun (IFRI) ekspertləri araşdırma zamanı bu qənaətə gəliblər.
Mütəxəssislər Rusiyanın quru qoşunlarının Avropa ölkələri ilə müqayisədə sayca üstünlüyünü qeyd ediblər. Təqribən 950 minə qarşı 750 min. Bu boşluq döyüş hazırlığındaki fərqlər və Avropanın siyasi parçalanması ilə əlaqələndirilir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl avropalı siyasətçilərin Rusiya ilə mümkün müharibə ilə bağlı iddialarını cəfəngiyyat adlandırıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov vurğulayıb ki, Rusiya heç vaxt NATO və ya Aİ-yə hücum etməyib və etmək niyyətində də deyil.




















