Ankara Ukraynada münaqişənin hər iki tərəfi üçün məqbul olan sülh yolu ilə nizamlanmasına nail olmaq üçün səylərini davam etdirəcək.
Medialive xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Berlində həmkarı Yohan Vadefulla danışıqlar zamanı bildirib.
Görüş Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında canlı yayımlanıb.
“Biz Ukraynada nizamlanma ilə bağlı ətraflı fikir mübadiləsi apardıq. Həm humanitar, həm də strateji baxımdan hər iki tərəf üçün məqbul olan sülhə nail olmaq vacibdir. Bu istiqamətdə konstruktiv işimizi davam etdirəcəyik”, – deyə Fidan bildirib.
Hakan Fidan alman həmkarına Türkiyənin son vaxtlar Ukrayna münaqişəsinin həlli üçün göstərdiyi səylər barədə məlumat verib.




















