• Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Gündəm

"Proses davamlı olacaq və daha geniş dairəni əhatə edəcək" - Deputat 

01 Dekabr, 25 / 12:24
A A
"Proses davamlı olacaq və daha geniş dairəni əhatə edəcək" - Deputat 

“Əli Kərimlinin Ramiz Mehdiyev işi ilə bağlı DTX-ya çağırılması istintaq proseduru olmaqla yanaşı, həm də arınmaqda olan siyasi sistem daxilində uzun illərdən bəri formalaşmış köhnə xəyanətkar şəbəkənin məhək daşlarının tamamilə sökülməsinin yeni mərhələsi kimi qiymətləndirilə bilər”.

Bu fikirləri Medialive.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli ötən gün Dövlət Təhlükəsizlik Xidmətinin AXCP sədri Əli Kərimlinin evində Ramiz Mehdiyev işi ilə bağlı axtarış aparmasına münasibət bildirərkən deyib.

Deputat bildirib ki, Əli Kərimlinin DTX-ya çağırılması onun siyasi kimliyindən çox, proseslərin hüquqi müstəvidə qiymətləndirilməsi ilə bağlıdır:

“Bu hadisə göstərir ki, Azərbaycanda keçmiş siyasi elita dövründə yaranmış alternativ nüfuz müvəkkilləri və təzyiq resurslarının fəaliyyətinə münasibətdə dözümlülük nümayiş etdirilməyəcək və onların siyasi proseslərə gizli müdaxilə imkanları tamamilə sıradan çıxarılacaq. Ramiz Mehdiyevin AXCP də daxil olmaqla bəzi radikal müxalif qruplaşmalarla eyni təxribat və sabotaj “cəbhə”sində yer alması dövlətin milli təhlükəsizlik prizmadan araşdırdığı mövzuya çevrilib və bu çərçivədə Əli Kərimlinin DTX-ya çağırılması onun siyasi kimliyindən çox, proseslərin hüquqi müstəvidə qiymətləndirilməsi ilə bağlıdır”.

Parlamentari AXCP sədrinin ittiham edildiyi maddənin tamamilə məntiqli olduğunu bildirib:

“AXCP sədrinin hakimiyyəti zorla ələ keçirmə maddəsi ilə ittiham edilməsi də prosesin mahiyyətini göstərən əsas faktorlardandır. Bu maddə dövlət əleyhinə strukturlaşmış, koordinasiyalı fəaliyyət şübhəsi mövcud olduğu halda tətbiq olunur. Hesab edirəm ki, hazırda istintaqın əlində siyasi prosesləri destabilizasiya etmək, sabotaj və təxribat cəhdləri, Azərbaycan dövlətçiliyinin əleyhinə çıxış edən qruplarla gizli anlaşmalar və kütləvi iğtişaş ssenarilərinə dair ilkin sübutlar var və bu baxımdan da, sözügedən maddənin hüquqi seçimi də tamamilə məntiqlidir. Baş verənlər dövlət təhlükəsizliyi kontekstində antikonstitusion siyasi mərkəz yaratmaq cəhdlərinə hüquqi reaksiya kimi dəyərləndirilə bilər.

Mövcud prosesin daha da genişlənməsi və Mehdiyev işi ilə bağlı əlavə həbslərin olması ehtimalı da realdır. Ramiz Mehdiyev uzun illər dövlət strukturlarında və siyasi sistemdə geniş təsir şəbəkəsi formalaşdırdığı üçün istintaq dairəsinin genişlənməsi təbiidir. Bu çərçivədə ilk olaraq onun birbaşa təsir dairəsində olmuş, müxtəlif idarəetmə strukturlarında çalışmış və siyasi manipulyasiya üçün mövcud imkanlardan istifadə edən şəxslərin istintaqa və məsuliyyətə cəlb edilməsi mümkündür. Bundan əlavə, müxalif siyasətçilərlə və xaricdəki siyasi qruplarla əlaqələrin qurulmasında və davam etdirilməsində vasitəçi rolu oynayan şəxslərin də istintaqa cəlb edilməsi istisna edilmir”.

Müsahibimiz qeyd edib ki, Kərimlinin məsuliyyətə cəlb edilməsi Azərbaycan siyasi sistemində köhnə metodların, qeyri-rəsmi təsir dairələrinin tam şəkildə ləğv edilməsi istiqamətində atılan mühüm addımdır:

“Digər potensial qrup isə qeyri-rəsmi siyasi texnoloqlar və köhnə strateqlərdir. Uzun illər Mehdiyevin ideoloji xəttini və strateji yanaşmalarını müxtəlif qruplara ötürən, informasiya manipulyasiyası və siyasi sabotaj layihələri hazırlayan bu şəxslər istintaq üçün ən gec toxunulacaq, lakin real təhlükə yaradan seqmentdir. Bu proses bütün şəbəkənin tam çökdürülməsinə doğru gedən yolda mərhələli bir addım kimi görünür və hadisələrin dinamikası göstərir ki, məsuliyyət daşıyan şəxslərin siyahısı hələ tam açılmayıb. Beləliklə, məsələ bir şəxsin DTX-ya çağırılmasından daha geniş siyasi-hüquqi mənzərəyə malikdir. Bu, Azərbaycan siyasi sistemində köhnə metodların, gizli siyasi kanallarının və qeyri-rəsmi təsir dairələrinin tam şəkildə ləğv edilməsi istiqamətində atılan addımların sərtləşdiyini göstərir. Prosesin davamlı olacağı və daha geniş dairəni əhatə edəcəyi ehtimalını yüksək qiymətləndirmək olar”.

Mikayıl Mirzəzadə

Əvvəlki yazı

Vəzifəli şəxs sakinlərdən yığılan pulları mənimsədi — İsmayıllıda qalmaqal 

Növbəti yazı

Bakıda 10 mərtəbəli universitet binasında söküntü - 25 milyona yenisi tikiləcək

Bənzər Xəbərlər

Azərbaycanda 11 gün ardıcıl iş OLMAYACAQ
Manşet

Azərbaycanda 11 gün ardıcıl iş OLMAYACAQ

17.Fev.26 /17:00
Gəlin, Binəqədini ərəblərə sataq: “Onsuz da buranın yiyəsi yoxdur” - VİDEO
Sosial

Gəlin, Binəqədini ərəblərə sataq: “Onsuz da buranın yiyəsi yoxdur” - VİDEO

17.Fev.26 /16:49
Xamenei azərbaycanlılarla görüş keçirdi, mesaj verdi
Siyasət

Xamenei azərbaycanlılarla görüş keçirdi, mesaj verdi

17.Fev.26 /16:23
Səidə Haqverdiyevanın həbsi istənilir
Mədəniyyət

Səidə Haqverdiyevanın həbsi istənilir

17.Fev.26 /16:14
Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi
Sosial

Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi

17.Fev.26 /16:13
Bu xəstəxananın direktoru işdən çıxarıldı
Sosial

Bu xəstəxananın direktoru işdən çıxarıldı

17.Fev.26 /15:37
Elektrik və qaz ödənişində yeni DƏYİŞİKLİK - 1 manat sabit tarif necə ALINIR?
Sosial

Elektrik və qaz ödənişində yeni DƏYİŞİKLİK - 1 manat sabit tarif necə ALINIR?

17.Fev.26 /15:35
ADY-nin vəzifəli şəxsi sərxoş halda qəza törədib qaçdı – Rəsmi TƏSDİQLƏNDİ / TƏFƏRRÜAT 
Hadisə

ADY-nin vəzifəli şəxsi sərxoş halda qəza törədib qaçdı – Rəsmi TƏSDİQLƏNDİ / TƏFƏRRÜAT 

17.Fev.26 /15:33
Adil Əliyevə buna görə töhmət verilib - SƏBƏB
Sosial

Adil Əliyevə buna görə töhmət verilib - SƏBƏB

17.Fev.26 /15:32

XƏBƏR LENTİ

Azərbaycanda 11 gün ardıcıl iş OLMAYACAQ

Azərbaycanda 11 gün ardıcıl iş OLMAYACAQ

17 Fevral, 26 / 17:00
Gəlin, Binəqədini ərəblərə sataq: “Onsuz da buranın yiyəsi yoxdur” - VİDEO

Gəlin, Binəqədini ərəblərə sataq: “Onsuz da buranın yiyəsi yoxdur” - VİDEO

17 Fevral, 26 / 16:49
Xamenei azərbaycanlılarla görüş keçirdi, mesaj verdi

Xamenei azərbaycanlılarla görüş keçirdi, mesaj verdi

17 Fevral, 26 / 16:23
Səidə Haqverdiyevanın həbsi istənilir

Səidə Haqverdiyevanın həbsi istənilir

17 Fevral, 26 / 16:14
Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi

Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi

17 Fevral, 26 / 16:13
Bu xəstəxananın direktoru işdən çıxarıldı

Bu xəstəxananın direktoru işdən çıxarıldı

17 Fevral, 26 / 15:37
Elektrik və qaz ödənişində yeni DƏYİŞİKLİK - 1 manat sabit tarif necə ALINIR?

Elektrik və qaz ödənişində yeni DƏYİŞİKLİK - 1 manat sabit tarif necə ALINIR?

17 Fevral, 26 / 15:35
ADY-nin vəzifəli şəxsi sərxoş halda qəza törədib qaçdı – Rəsmi TƏSDİQLƏNDİ / TƏFƏRRÜAT 

ADY-nin vəzifəli şəxsi sərxoş halda qəza törədib qaçdı – Rəsmi TƏSDİQLƏNDİ / TƏFƏRRÜAT 

17 Fevral, 26 / 15:33
Adil Əliyevə buna görə töhmət verilib - SƏBƏB

Adil Əliyevə buna görə töhmət verilib - SƏBƏB

17 Fevral, 26 / 15:32
Güllələnən müəllim xəstəxanadan evə buraxıldı

Güllələnən müəllim xəstəxanadan evə buraxıldı

17 Fevral, 26 / 12:31
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:100927175
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.