“Bu həftə diplomatiya üçün dönüş nöqtəsi ola bilər. Dünən Amerikada aparılan danışıqların çətin, lakin məhsuldar olduğunu gördük. Nəticələri hələ bilmirik, lakin mən Ukraynanın Müdafiə naziri və Xarici İşlər Naziri ilə danışacağam”.
Medialive xəbər verir ki, bu fikirləri Avropa İttifaqının Ali Nümayəndəsi KaYa Kallas Aİ müdafiə nazirləri ilə görüşdən əvvəl deyib.
Kallas vurğulayıb ki, Rusiya sülh istəmir, ona görə də Ukrayna bu çətin zamanda özünü müdafiə edə bilməsi üçün mümkün qədər güclü olmalıdır.




















