Rusiya qoşunları Xarkov vilayətinin Vovçansk bölgəsini tamamən işğal edib.
Medialive xəbər verir ki, bu fikirləri Xarkov Hərbi-Mülki Administrasiyasının rəhbəri Vitali Qançev TASS-a açıqlamasında bildirib.
O bildirib ki, Rusiya hazırda Vovçanskın bəzi hissələrini Ukrayna Silahlı Qüvvələrindən təmizləyir, onlara mülki şəxslərin yerlərini müəyyənləşdirib təxliyə etməyə imkan verirlər.
Qeyd edək ki, noyabrın 27-də Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Volçansk tamamilə Rusiya ordusunun nəzarəti altındadır.




















