• Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Gündəm

Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub

02 Dekabr, 25 / 15:32
A A
Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub

Ganjavi Holding Gəncə “Nizami İnnovasiya Mərkəzi” layihəsi ətrafında qəbul olunmuş qərarların ziddiyyətli və qeyri-sabit olduğunu, həmçinin prosesin süni şəkildə ləngidildiyini bildirir.

Şirkətin təmsilçisi Qaynarinfo-ya açıqlamasında iddia edir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) rəhbərlik dəyişikliyindən sonra əvvəlcədən təsdiqlənmiş planlar dəfələrlə dəyişdirilib və bu hal dövlət-özəl tərəfdaşlığı mexanizminin səmərəliliyinə sual doğurub.

Ganjavi Holding-in direktoru Elşən Gəncəvinin sözlərinə görə, regionlarda innovasiya mühitinin inkişafına xidmət etməli olan layihə hazırda qeyri-müəyyən vəziyyətə düşüb, bu isə həm maliyyə, həm də reputasiya riskləri yaradıb. O qeyd edir ki, vəziyyətə aydınlıq gətirilməsi və qəbul olunmuş qərarların hüquqi-strateji əsaslarının izahı vacibdir.

Onun təqdim etdiyi məlumata əsasən, Gəncə “Nizami İnnovasiya Mərkəzi” layihəsi 2023-cü ilin aprel ayında İRİA-nın təşəbbüsü ilə Gəncə, Lənkəran və Sumqayıtda innovasiya mərkəzlərinin yaradılması proqramı çərçivəsində başlanılıb. Məqsəd rəqəmsal transformasiyanı sürətləndirmək, startap və KOB ekosistemini inkişaf etdirmək, gənclərin texnoloji fəaliyyətə çıxışını genişləndirmək və regionlarda müasir iş mühitləri formalaşdırmaq olub. Gəncə şəhəri əhali dinamikası, sənaye potensialı və təhsil imkanlarına görə pilot məkan kimi müəyyən edilib.

Layihə üzrə tələb olunan hüquqi sənədlər, fəaliyyət planı və maliyyə əsaslandırmaları vaxtında hazırlanaraq Agentliyə təqdim olunub. 2023-cü ilin may ayında mərkəzin rəhbəri təsdiqlənib. İlkin mərhələdə Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfdaş kimi prosesə cəlb olunub, lakin təmiz mənfəətdən pay tələbi və bir ay ərzində məkan təqdim edilməməsi səbəbindən əməkdaşlıq dayandırılıb. Daha sonra layihəyə “Paşa Holding” və “Azercell Telekom” tərəfdaş qismində qoşulub, Ganjavi Holding isə icraçı olaraq çıxış edib.

Şirkət bildirir ki, Gəncədə bir neçə bina variantı nəzərdən keçirilib, bəzi obyektlər üzrə behlər ödənilsə də, Agentlik qərarları bir neçə dəfə dəyişib. Nəhayət, 2023-cü il 1 noyabr tarixində dörd mərtəbəli bina təsdiqlənib, icarə ödənişlərinə başlanılıb, İT infrastrukturu, təhlükəsizlik sistemi və heyət strukturu üzrə razılıq əldə olunub.

Şikayətə əsasən, təmir işlərinin ilkin mərhələsi və 8 aylıq icarə haqqı “Paşa Holding” tərəfindən maliyyələşdirilib, növbəti mərhələlər üçün isə “Azercell” öhdəlik götürüb. 2024-cü il 2 fevral tarixində “Paşa Holding” tərəfindən ümumilikdə 74 152,50 manat ödəniş həyata keçirilib. Layihənin 2024–2026-cı illər üzrə illik 100 min manat saxlanc xərci ilə maliyyələşdirilməsinə dair razılaşma mövcud olub.

Elşən Gəncəvinin iddiasına görə, 2024-cü ilin avqustunda Agentlikdə rəhbərlik dəyişdikdən sonra təsdiqlənmiş dizayn tanınmayıb, yeni dizaynlar tələb edilib, daha sonra həmin dizaynlar da dəyişdirilib. Bu, əlavə vaxt və maliyyə itkisinə səbəb olub və layihənin təxminən 6 ay ləngiməsinə gətirib çıxarıb.

2025-ci ilin aprelində layihə rəhbərinə qeyri-rəsmi şəkildə layihədən uzaqlaşması üçün təzyiq göstərildiyi, may ayında isə əvvəlki ödənişlər üzrə maliyyə məsuliyyətinin icraçı şirkətin üzərinə keçirilməsinə cəhd edildiyi qeyd olunur. 12 iyun 2025-ci il tarixinə əsas məbləğin 67 643,80 manatı təmir işlərinə, 4 125 manatı isə icarə haqqına yönəldilib, digər ödənişlərin növbəti ayda həyata keçiriləcəyi vəd edilib.

Ganjavi Holding-in iddiasına görə, layihə üzrə İT infrastrukturu və havalandırma sistemi smetadan çıxarılıb və bu işlərin şirkət tərəfindən öz hesabına yerinə yetirilməsi tələb olunub. Şirkət bildirir ki, bu işlər yerinə yetirilsə də, ödənişlər edilməyib. Tranşlı maliyyələşdirmə mexanizminin pozulması nəticəsində layihə dayanma nöqtəsinə gəlib.

Şikayətə əsasən, işlər təxminən 95% tamamlanmış vəziyyətdə olarkən Agentlik Gəncə Kənd Təsərrüfatı Universiteti ərazisində alternativ obyekt axtarışına başlayıb. Hazır obyektin təhvil mərhələsində olduğu vaxtda bu axtarış dövlət və sponsor vəsaitlərinin dəyərdən salınması kimi qiymətləndirilir və qərarın hüquqi-strateji əsasları izah edilməyib.

Şirkət, həmçinin, yerli qurumlarla əlaqələrin əsassız məhdudlaşdırıldığını, danışıqlar zamanı bəzi vəzifəli şəxslər tərəfindən qeyri-etik ifadələr işləndiyini iddia edir. Xüsusilə “Mərkəz bizə aiddir, biz bilərik açırıq, ya yox” kimi fikirlərin işgüzar münasibətlərə uyğun olmadığı bildirilir.

Ganjavi Holding yaranmış vəziyyətin “Paşa Holding” və “Azercell” kimi tərəfdaşlarla münasibətlərə mənfi təsir göstərdiyini, maliyyə itkilərinə və sahibkarlıq etimadının zəifləməsinə səbəb olduğunu vurğulayır. Şirkət bildirir ki, layihə başa çatdırılmağa yaxın olsa da, qeyri-müəyyənliyə salınıb və bu, dövlət-özəl tərəfdaşlığı modeli, investisiya mühiti və vergi vəsaitlərinin istifadəsi ilə bağlı suallar doğurur.

Elşən Gəncəvi məsul qurumları Gəncə “Nizami İnnovasiya Mərkəzi” layihəsi üzrə qəbul olunmuş qərarların hüquqi, maliyyə və strateji əsaslarını ictimaiyyətə təqdim etməyə, atılan addımların nəticələrinə aydınlıq gətirməyə çağırır. O, təqdim olunan faktların rəsmi qaydada araşdırılmasına, ehtiyac olduqda müstəqil audit aparılmasına və bütün tərəflərin məsuliyyət bölgüsünün şəffaf şəkildə müəyyənləşdirilməsinə zərurət olduğunu qeyd edir.

Əvvəlki yazı

Azərbaycanda yeni dövlət qurumu yaradılıb

Növbəti yazı

Ermənistan Qarabağla bağlı danışıqlar üzrə 13 sənəd dərc edib

Bənzər Xəbərlər

“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO
Sosial

“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

17.Fev.26 /11:52
AAYDA-da böhran: Əməkhaqları verilmir
Sosial

AAYDA-da böhran: Əməkhaqları verilmir

17.Fev.26 /11:29
Yeni təyinat - Vəzifəli şəxs kimdir?
Sosial

Yeni təyinat - Vəzifəli şəxs kimdir?

17.Fev.26 /11:27
Bu şəxslər 30 manat cərimələnəcək
Sosial

Bu şəxslər 30 manat cərimələnəcək

17.Fev.26 /11:22
İlham Əliyev Si Szinpinə məktub göndərdi
İlham Əliyev

İlham Əliyev Si Szinpinə məktub göndərdi

17.Fev.26 /11:21
Məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi
Sosial

Məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi

17.Fev.26 /11:18
Səfayə Əhmədovaya AĞIR İTKİ - FOTO
Sosial

Səfayə Əhmədovaya AĞIR İTKİ - FOTO

17.Fev.26 /11:16
Ramazan ayının təqvimi açıqlanıb - CƏDVƏL
Sosial

Ramazan ayının təqvimi açıqlanıb - CƏDVƏL

17.Fev.26 /11:14
Pensiya və müavinətlərlə bağlı MÜHÜM XƏBƏR
İqtisadiyyat

Pensiya və müavinətlərlə bağlı MÜHÜM XƏBƏR

17.Fev.26 /11:13

XƏBƏR LENTİ

“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

17 Fevral, 26 / 11:52
AAYDA-da böhran: Əməkhaqları verilmir

AAYDA-da böhran: Əməkhaqları verilmir

17 Fevral, 26 / 11:29
Yeni təyinat - Vəzifəli şəxs kimdir?

Yeni təyinat - Vəzifəli şəxs kimdir?

17 Fevral, 26 / 11:27
Bu şəxslər 30 manat cərimələnəcək

Bu şəxslər 30 manat cərimələnəcək

17 Fevral, 26 / 11:22
İlham Əliyev Si Szinpinə məktub göndərdi

İlham Əliyev Si Szinpinə məktub göndərdi

17 Fevral, 26 / 11:21
Məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi

Məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi

17 Fevral, 26 / 11:18
Səfayə Əhmədovaya AĞIR İTKİ - FOTO

Səfayə Əhmədovaya AĞIR İTKİ - FOTO

17 Fevral, 26 / 11:16
Ramazan ayının təqvimi açıqlanıb - CƏDVƏL

Ramazan ayının təqvimi açıqlanıb - CƏDVƏL

17 Fevral, 26 / 11:14
Pensiya və müavinətlərlə bağlı MÜHÜM XƏBƏR

Pensiya və müavinətlərlə bağlı MÜHÜM XƏBƏR

17 Fevral, 26 / 11:13
General-leytenant komandan da vəzifəsindən gedir

General-leytenant komandan da vəzifəsindən gedir

17 Fevral, 26 / 11:11
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:100927175
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.