Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri zamanı nümayəndələri Rusiyadan nüvə sualtı qayığının icarəyə verilməsi ilə bağlı danışıqlar prosesini başa çatdırıblar.
Medialive Bloomberg-ə istinadən xəbər verir ki, tərəflər qiymət barədə razılığa gələ bilmədiyi üçün danışıqlar təxminən on il davam edib.
Hazırda isə onlar Hindistanın sualtı qayığı 10 il müddətinə 2 milyard dollara icarəyə götürməsi barədə razılığa gəliblər.
Qiymətə müqavilə müddətində texniki dəstək daxildir. Gəmi nüvə raketləri daşımağa qadirdir, lakin razılaşmaya əsasən, müharibədə istifadə edilə bilməz.
Məlumata görə, sualtı qayığın iki il ərzində təhvil verilməsi gözlənilir, lakin layihənin mürəkkəbliyi səbəbindən son müddət gecikə bilər. Hindistan daha əvvəl Rusiyadan bir sualtı qayıq icarəyə götürüb, 2021-ci ildə geri qaytarılıb.




















