Almaniyanın xarici işlər naziri Yohan Vadeful dekabrın 7-9-da Çinə səfər edəcək və çinli həmkarı ilə görüşəcək.
Medialive xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Berlində keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, müzakirələrdə Avropa və Çin arasında iqtisadi əlaqələr müzakirə olunacaq.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, dekabrın 8-də Vadeful Almaniya şirkətlərinin nümayəndələri, eləcə də mədəniyyət və vətəndaş cəmiyyəti xadimləri ilə görüşəcək.
Qeyd edık ki, oktyabrın 24-də Vadeful Çinə səfərini təxirə salıb.




















