ABŞ 50-yə yaxın İran vətəndaşını ölkədən qovub.
Medialive xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Məlumata görə, Amerika Vaşinqton və Tehran arasında razılığa əsasən bu addımı atıb.
Qeyd edilib ki, İran vətəndaşlarını daşıyan təyyarə Arizona hava limanından yola düşüb və yol boyu Misir və Küveytdə dayanacaq.
Qeyd edək ki, bu uçuş bu il ikinci uçuşdur. Təxminən 100 İran vətəndaşını daşıyan ilk təyyarə sentyabr ayında ABŞ-dən ayrılıb.
Bildirilib ki, təyyarənin göyərtəsində iranlılardan başqa Rusiya və ərəb ölkələri vətəndaşları da var.
O da əlavə edilib ki, daha 2000 İran vətəndaşının ABŞ-dən deportasiyası gözlənilir.




















