Çinin Yangzhong gəmiqayırma zavodunda HGC9055 MV UMBA buz sinifli ehtiyat gəmisinin suya buraxılması mərasimi keçirilib.
Medialive xəbər verir ki, bu barədə Rusiyanın Şanxaydakı Baş Konsulluğu məlumat yayıb.
Belə ki, Huigang International tərəfindən inşa edilən gəmi Şimal Dəniz Marşrutu boyunca naviqasiyanı dəstəkləmək üçün nəzərdə tutulub.
Ehtiyat gəmisinin ev limanı Rusiyanın Murmansk vilayəti olacaq.




















