2025-ci ildə Ukraynaya yeni hərbi yardımın həcmi münaqişə başlayandan bəri ən aşağı səviyyəyə düşə bilər.
Medialive xəbər verir ki, bu barədə Dünya İqtisadiyyatı İnstitutu məlumat yayıb.
Oktyabr ayı üçün mövcud olan məlumatlara əsasən, Avropa 2025-ci ilin birinci yarısının tempini qoruyub saxlaya bilmədi. Son dövrlərdəki yavaşlama Avropanın 2025-ci ildə ABŞ-nin hərbi yardımının çatışmazlığını tam kompensasiya etməyi çətinləşdirir”, – IfW sözçüsü Kristof Trebeş qeyd edib.




















