Britaniyanın Müdafiə Nazirliyi Ukraynada müşahidə missiyasını yerinə yetirən britaniyalı əsgərin qəza nəticəsində öldüyünü açıqlayıb.
Medialive xəbər verir ki, əsgərin kimliyi bu gün məlum olub.
Faciəvi qəzada həyatını itirən britaniyalı əsgərin 28 yaşlı kapral Corc Huli olduğu bildirilib.
Müdafiə Nazirliyi bildirib ki, həlak olan əsgər Ukrayna ordusunun yeni müdafiə qabiliyyətinin sınağını müşahidə edərkən faciəvi qəza nəticəsində yaralanıb.
Ailəsi məlumatlandırılıb. Nazirlik əlavə edib ki, hadisə cəbhə xəttindən uzaqda baş verib.
Hadisə ilə bağlı baş nazir Keir Starmer də açıqlama verərək ölən hərbçinin ailəsinə başsağlığı verib.




















