Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ prezidentinin Aİ ölkələrinin demokratik proseslərinə müdaxilə etməməli olduğunu bildirib.
Medialive xəbər verir ki, fon der Leyen bu barədə “Politico”ya açıqlama verib.
O bildirib ki, seçkilərdə kimin qalib gəlib-gəlməyəcəyini xalq seçəcək:
“Seçkilərə gəldikdə, ölkəyə kimin rəhbərlik edəcəyinə biz yox, xalq qərar verir. Bu, seçicilərin suverenliyidir və o qorunmalıdır. Başqa heç kim müdaxilə etməməlidir”.
AK rəhbəri həmçinin qeyd edib ki, ABŞ prezidentləri ilə həmişə çox yaxşı işgüzar münasibətləri olub və bu münasibətlər bu günə qədər davam edir.
Qeyd edək ki, Tramp əvvəllər də Avropanı tənqid edib.




















