Bağdad Ukraynadakı münaqişənin həllinə yönəlmiş bütün səyləri dəstəkləyir və tərəflər arasında dialoqun zəruriliyini vurğulayır.
Medialive xəbər verir ki, bu fikirləri İraq Prezidenti Əbdül Lətif Rəşid Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda çıxış edərkən bildirib.
“Ukraynada hərbi əməliyyatlara son qoymağa yönəlmiş bütün beynəlxalq səyləri dəstəklədiyimizi bir daha təsdiqləyirik. Biz münaqişə tərəfləri arasında nizamlanmaya nail olmaq məqsədilə dialoqun intensivləşdirilməsinin vacibliyini vurğulayırıq”, – deyə prezident qeyd edib.




















