Finlandiya Müdafiə Nazirliyi Polşa və Niderlandla birgə SAR kəşfiyyat peyklərindən istifadə etməyi planlaşdırır.
Medialive xəbər verir ki, bunu Finlandiyanın Müdafiə naziri Antti Hakkanen açıqlayıb.
“Vacib müttəfiqlərimizlə birlikdə kosmik imkanları inkişaf etdirmək üçün konkret addımlar atırıq. Finlandiyanın öz peykləri və yüksək təcrübəsi bu sahədə davamlı əməkdaşlıq üçün əla təməl yaradır” – deyə nazir bildirib.
Qeyd edək ki, bu ilin əvvəlində Hakkanenin icazəsi ilə Finlandiya SAR peykləri alıb.




















