• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyi keçirilir

19 Dekabr, 25 / 13:19
A A
Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyi keçirilir
Heydər Əliyev Mərkəzi və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) dekabrın 19–20 də institutun yaranmasının 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi praktik konqres keçirilir.

Tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin dəstəyi ilə təşkil olunub və ölkəmizin diplomdan sonrakı tibb təhsilinin inkişafında mühüm rol oynayan Ə.Əliyev adına ADHTİ-nin zəngin tarixinə, elmi tədris fəaliyyətinə və müasir nailiyyətlərinə həsr edilib.

Konqresin əsas məqsədi tibb elmində yeni elmi praktik nailiyyətlərin müzakirəsi, həkimlərin bilik və bacarıqlarının artırılması, xüsusilə gənc həkimlərin elmi inkişafına töhfə vermək olub.

Heydər Əliyev Mərkəzində baş tutan konqresin rəsmi açılış mərasimində Səhiyyə Nazirliyinin və Milli Məclisin Səhiyyə Komitəsinin rəhbər şəxsləri, eləcə də yerli və xarici ali tibb təhsili müəssisələrinin rəhbərləri, nüfuzlu alimlər və səhiyyə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk olaraq Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ADHTİ-nin kollektivinə və konqres iştirakçılarına ünvanlandığı müraciəti səhiyyə naziri Teymur Musayev oxuyub.

Tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov vurğulayıb ki, ADHTİ-nin 90 illik fəaliyyəti Azərbaycanın səhiyyə tarixinin çox mühüm bir hissəsidir. Onun sözlərinə görə, İnstitutda çalışan alimlər, həkimlər, müəllimlər Azərbaycan tibb elminin inkişafına mühüm töhfələr verib.

“Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının Konqresin sədri, ADHTİ-nin rektoru Nazim Pənahov İnstitutun fəaliyyətinə yüksək qiymət olduğunu qeyd edib. Rektor bu yüksək qiymətə görə İnstitutun kollektivi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Öz çıxışında Nazim Pənahov İnstitutun yaradılması tarixindən və keçdiyi şərəfli yoldan məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycanın əksər həkimləri, eyni zamanda bir çox xarici ölkələrin həkimləri institutda ixtisaslaşma və ya ixtisasartırma kursları keçərək, öz peşə karyeralarını qurublar. İnstitutun tarixinin bir çox şanlı səhifələri Əziz Məmmədkərim oğlu Əliyevin adı ilə bağlıdır. Məhz buna görə 1962-ci ildə instituta Əziz Əliyevin adı verilib. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın oftalmologiya elminə verdiyi böyük və sanballı töhfələr onun məhz ADHTİ-də çalışdığı illərə təsadüf edir. İnstituta 30 ildən çox bir müddətdə isə akademik Mirməmmməd Cavadzadə rəhbərlik edib. Onun rəhbərliyi altında institut inkişaf edərək, o dövrün tanınmış ali təhsil ocağına çevrilib.

Tədbirdə, həmçinin institutun tarixi və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. Sonra İstanbul Universitetinin (Türkiyə) rektoru Osman Bülent Zülfikar, Səmərqənd Dövlət Tibb İnstitutunun (Özbəkistan) rektoru Jasur Rizayev, Rusiya Fasiləsiz Peşəkar Tibbi Təhsil Akademiyasının prorektoru Aleksey Çerepov və digərləri çıxış edərək, ADHTİ ilə bağlı xatirələrini bölüşüblər, institut kollektivini yubiley münasibətilə təbrik ediblər. Eyni zamanda, ölkəmizdə tibb elminin və səhiyyənin inkişafı, əhalinin sağlamlığının mühafizəsi istiqamətində gələcək fəaliyyətlərində onlara müvəffəqiyyətlər arzulayıblar.

İki gün davam edən konqres çərçivəsində tibbin müxtəlif sahələrinin aktual problemlərinə həsr olunmuş 2 plenar iclas və 5 elmi panel təşkil edilib. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Böyük Britaniya, Özbəkistan, Rusiya, Gürcüstan, İran, Danimarka, Almaniya və digər ölkələrdən olan mütəxəssislər elmi məruzələrlə çıxış edərək, tibb elminin son nailiyyətləri və müasir yanaşmalar ətrafında geniş müzakirələr aparıblar.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi praktik konqres öz işini dekabrın 20-də yekunlaşdıracaq.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tibbi Şurası tərəfindən 10 Davamlı Tibbi Təhsil (DTT) krediti ilə akkreditasiya edilib.

 

Əvvəlki yazı

Prezidentdən 1,4 milyonluq - Sərəncam

Növbəti yazı

Zelenski Azərbaycan liderini təbrik etdi

Bənzər Xəbərlər

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Sosial

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

25.İyn.26 /17:45
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi (FOTO)
Sosial

Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi (FOTO)

25.İyn.26 /17:43
Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü
Siyasət

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

25.İyn.26 /17:41
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYE
Manşet

Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYE

25.İyn.26 /17:38
Ölümündən sonra təltif edilən polkovniklər...
Hərbi

Ölümündən sonra təltif edilən polkovniklər...

25.İyn.26 /17:36
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Sosial

General rütbəsi verilən zabitlər kimdir? - Foto

25.İyn.26 /17:26
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
İlham Əliyev

Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam

25.İyn.26 /17:24
Onlara “general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
İlham Əliyev

Onlara “general-mayor” ali hərbi rütbəsi verildi - Adlar

25.İyn.26 /16:36
Azərbaycanda "İntellektual gömrük" informasiya sistemi yaradılır
İlham Əliyev

Azərbaycanda "İntellektual gömrük" informasiya sistemi yaradılır

25.İyn.26 /16:33

XƏBƏR LENTİ

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

25 İyun, 26 / 17:45
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi (FOTO)

Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi (FOTO)

25 İyun, 26 / 17:43
Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

25 İyun, 26 / 17:41
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYE

Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYE

25 İyun, 26 / 17:38
Ölümündən sonra təltif edilən polkovniklər...

Ölümündən sonra təltif edilən polkovniklər...

25 İyun, 26 / 17:36
General rütbəsi verilən zabitlər kimdir? - Foto

General rütbəsi verilən zabitlər kimdir? - Foto

25 İyun, 26 / 17:26
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam

Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam

25 İyun, 26 / 17:24
Onlara “general-mayor” ali hərbi rütbəsi verildi - Adlar

Onlara “general-mayor” ali hərbi rütbəsi verildi - Adlar

25 İyun, 26 / 16:36
Azərbaycanda "İntellektual gömrük" informasiya sistemi yaradılır

Azərbaycanda "İntellektual gömrük" informasiya sistemi yaradılır

25 İyun, 26 / 16:33
"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə" dəyişib

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə" dəyişib

25 İyun, 26 / 16:32
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.