Malayziyada baş verən güclü daşqınlar səbəbindən 15 mindən çox insan təxliyə edilib.
Medialive xəbər verir ki, bu barədə Bernama xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, təbii fəlakət Malayziyanın Pahanq, Terenqanu, Cohor və Kelantan şəhərlərinə təsir göstərib.
Qeyd edək ki, 2024-cü ildə Malayziyanı bürüyən daşqınlar ölkəyə 228 milyon ziyan vurub.




















