Qazaxıstan hökuməti ölkədə atom elektrik stansiyalarının tikintisində Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) dəstəyinə inanır.
Medialive xəbər verir ki, bu barədə Qazaxıstan Atom Enerjisi Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, Atom Enerjisi Agentliyinin sədr müavini Qumar Serqazin MAQATE-nin baş direktorunun müavini Hua Lyu ilə Vyanada görüşüb.
Görüş zamanı tərəflər Qazaxıstan və MAQATE arasında əməkdaşlıq perspektivlərini, o cümlədən 2026-2027 və 2028-2029-cu illər üçün texniki əməkdaşlıq proqramları çərçivəsində əməkdaşlıq planlarını müzakirə ediblər.
Qazaxıstan tərəfi həmçinin əməkdaşlıq üçün yol xəritəsinin layihəsini təqdim edib. Layihədə nüvə enerjisinin təhlükəsiz inkişafı, insan resurslarının inkişafı, elmi və təhsil infrastrukturu, nüvə təbabətinin genişləndirilmiş istifadəsini və ətraf mühitin mühafizəsi tədbirlərinin həyata keçirilməsini əhatə edən prioritet əməkdaşlıq sahələri müəyyən edilib.




















