• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Dünya

Hatayda son Antik dövrə aid mozaika tapıldı - FOTO

23 Dekabr, 25 / 15:00
A A
Hatayda son Antik dövrə aid mozaika tapıldı - FOTO

Türkiyənin Hatay vilayətində 2023-cü il fevralın 6-da Kahramanmaraşda baş verən  zəlzələ zamanı  dağılan binanın yerində aparılan qazıntılar zamanı Son Antik dövrə aid döşəmə mozaikası tapılıb.

Medialive.az xəbər verir ki, qazıntı aparılan  Antakya rayonunun Maşuklu məhəlləsində tapılan tarixi mozaika üslubuna görə fərqlənir.  Zəlzələdən sonra dağıntılar təmizlənib və ərazidə yenidənqurma məqsədilə tikinti işlərinə başlanılıb. Lakin binanın təməli üçün aparılan qazıntılar zamanı mozaika ilə örtülü sahə aşkar edildikdən sonra tikinti işləri dərhal dayandırılıb.

Bunun ardınca Hatay Arxeologiya Muzeyinin rəhbərliyi altında ərazidə xilasetmə qazıntılarına start verilib. Mart ayından etibarən aparılan qazıntılar nəticəsində üç fərqli sahədə döşəmə mozaikaları üzə çıxarılıb.

Arxeoloqların məlumatına görə, tapılan mozaika eramızın V–VI əsrlərinə (Son Antik dövr) aiddir. Uzunluğu 17,5 metr olan mozaika həndəsi naxışlarla bəzədilib və üzərində yunan dilində yazılar yer alır.

Qazıntı işlərinə rəhbərlik edən arxeoloq Ozan Demir bildirib ki, araşdırmalar iki arxeoloq və səkkiz işçinin iştirakı ilə davam etdirilir. Onun sözlərinə görə, mozaika tək parça halındadır və üzərində dövri bərpa izləri müşahidə olunur.

“Mozaikanın 2026-cı ildə muzeyə köçürülməsi planlaşdırılır. Memarlıq quruluşunu daha yaxşı anlamaq və arxeoloji məlumatları tam üzə çıxarmaq üçün ərazinin digər hissələrində də qazıntılar davam edəcək. Bu cür mozaikalar adətən adi yaşayış evlərində rast gəlinmir, bu da burada yüksək statuslu bir şəxsin yaşadığını göstərir”, – deyə Ozan Demir qeyd edib.

Arxeoloq Mert Nalbantoğlu isə mozaikanın bu qədər yaxşı qorunub saxlanılmasının və üzərində yazının olmasının elmi baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, əsas mozaikadan əlavə, ərazidə aşkar edilmiş digər iki mozaika üzərində də tədqiqatlar aparılacaq.

Qeyd edək ki, Hatay bölgəsi zəngin tarixi və arxeoloji irsi ilə tanınır və bu tapıntı regionun qədim dövrlərdəki mədəni həyatına dair yeni məlumatlar əldə etməyə imkan verəcək.

image-1 image-2 image-3

Əvvəlki yazı

Prezident Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub

Növbəti yazı

TƏBİB-də yüksək vəzifə verilən xanım kimdir? 

Bənzər Xəbərlər

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Sosial

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

25.İyn.26 /17:45
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi (FOTO)
Sosial

Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi (FOTO)

25.İyn.26 /17:43
Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü
Siyasət

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

25.İyn.26 /17:41
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYE
Manşet

Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYE

25.İyn.26 /17:38
Ölümündən sonra təltif edilən polkovniklər...
Hərbi

Ölümündən sonra təltif edilən polkovniklər...

25.İyn.26 /17:36
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Sosial

General rütbəsi verilən zabitlər kimdir? - Foto

25.İyn.26 /17:26
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
İlham Əliyev

Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam

25.İyn.26 /17:24
Onlara “general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
İlham Əliyev

Onlara “general-mayor” ali hərbi rütbəsi verildi - Adlar

25.İyn.26 /16:36
Azərbaycanda "İntellektual gömrük" informasiya sistemi yaradılır
İlham Əliyev

Azərbaycanda "İntellektual gömrük" informasiya sistemi yaradılır

25.İyn.26 /16:33

XƏBƏR LENTİ

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

25 İyun, 26 / 17:45
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi (FOTO)

Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi (FOTO)

25 İyun, 26 / 17:43
Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

25 İyun, 26 / 17:41
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYE

Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYE

25 İyun, 26 / 17:38
Ölümündən sonra təltif edilən polkovniklər...

Ölümündən sonra təltif edilən polkovniklər...

25 İyun, 26 / 17:36
General rütbəsi verilən zabitlər kimdir? - Foto

General rütbəsi verilən zabitlər kimdir? - Foto

25 İyun, 26 / 17:26
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam

Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam

25 İyun, 26 / 17:24
Onlara “general-mayor” ali hərbi rütbəsi verildi - Adlar

Onlara “general-mayor” ali hərbi rütbəsi verildi - Adlar

25 İyun, 26 / 16:36
Azərbaycanda "İntellektual gömrük" informasiya sistemi yaradılır

Azərbaycanda "İntellektual gömrük" informasiya sistemi yaradılır

25 İyun, 26 / 16:33
"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə" dəyişib

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə" dəyişib

25 İyun, 26 / 16:32
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.