• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Gündəm

Ruslan Eyyubovun sahildəki 15 hektarlıq bağ evi - Burada gizli liman var?

24 Dekabr, 25 / 12:07
A A
Ruslan Eyyubovun sahildəki 15 hektarlıq bağ evi - Burada gizli liman var?
Dövlət Gömrük Komitəsi, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin adlarının hallandığı, 6,4 milyon manatdan artıq aksizsiz tütün qaçaqmalçılığı ilə bağlı istintaq fonunda diqqətlər indi daha bir sensasion məqama yönəlib. Söhbət bu iş üzrə həbs edilən əsas fiqurlardan biri, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubovun Xəzər dənizinin sahilində, Şüvəlan qəsəbəsində yerləşən 15 hektarlıq nəhəng ərazisindən gedir.
Medialive.az Musavat.com-a istinadən xəbər verir ki, dənizin birbaşa sahilində yerləşən bu ərazinin yalnız 5 hektarı bağ evi və malikanə kimi istifadə olunur. Qalan 10 hektarlıq sahənin nə məqsədlə ayrıldığı, hansı infrastrukturun mövcud olduğu isə açıq sual olaraq qalır. İstintaqın qaçaqmalçılıqla bağlı versiyalarını nəzərə alsaq, bu sual daha da kəskinləşir. Həmin əraziyə dəniz yolu ilə gəmilərin yanaşması texniki baxımdan mümkün idimi? Bu sahə alternativ liman funksiyası daşıya bilərdimi?
Rəsmi qurumlar hələlik bu suallara cavab verməsə də, mövcud faktlar ciddi şübhələr doğurur.
Həmin bağın “Google Maps​” vasitəsilə əldə edilən görüntüsü

Bildirilir ki, Ruslan Eyyubovun bağındakı hovuzun həcmi 10 sot-dan yuxarı olub.

“Google Maps”da bağın ölçüləri: eni 136 metr, uzunluğu 374 metrdir. Bu da bağ evinin 5.8 hektar ərazini əhatə etdiyini ortaya qoyur.
Məlum olan budur ki, 5 hektarlıq bağ evinin daxilində yerləşən kompleksin miqyası isə sadəcə bağ evi anlayışını aşır. Tikilinin adı “Tarkhan” – Qubernatorun Dəniz Sarayı kimi təqdim olunur. Malikanənin ərazisində məscid, “Sübhə” Sarayı, Minarə evlər, Badukubə Sarayı, İmaməddin Sarayı, İnqilab Evi, Arxaik Muzey, Çay Evi, Çəməngül Bağı, Fəvvarə, MİNAR Qəbul Evi, qarajlar, İç Meydan mövcuddur.
Ən diqqətçəkən detallardan biri isə məsciddir. Məscidin hasarında 99 ədəd gümbəz yerləşir və hər birinin üzərində Allahın 99 adı yazılıb. Kompleksin mərkəzindəki fəvvarə isə ayrıca simvolik məna daşıyır. Yuxarıdan dronla baxıldıqda fəvvarənin ortasında Azərbaycanın xəritəsi aydın görünür. Məlumata görə, bu nəhəng kompleksin tikintisinə Türkiyədən mühəndislər və ixtisaslı işçilər cəlb olunub. Tikinti və dizayn işlərinə milyonlarla manat vəsait xərcləndiyi bildirilir.
Bu qədər böyük maliyyə resursunun mənbəyi isə istintaq fonunda daha aktual sual doğurur. Ruslan Eyyubov “NB” Şirkətlər Qrupunun rəhbəri, ölkənin kimya sənayesi sektorunda ciddi paya malik iş adamıdır. Onun şirkətləri mərmər, bahalı daşlar, qranit, boyalar və digər sənaye materiallarının istehsalı və nəzarəti ilə məşğuldur. Cəmi 2 gün öncə Gəncədə iri zavod açılışı da edib.
Diqqətçəkən məqam isə Ruslan Eyyubovun general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu olmasıdır. İstintaq materialları göstərir ki, “Liman işi” artıq sadəcə aksizsiz tütün qaçaqmalçılığı ilə məhdudlaşmır. Burada liman, gömrük, sərhəd, biznes xətlərinin kəsişdiyi geniş və sistemli mexanizm ehtimalı yaranır. Ruslan Eyyubovun dəniz sahilindəki 15 hektarlıq ərazi isə bu mexanizmin hələ tam açılmamış hissəsi kimi görünür. Baş Prokurorluq bildirib ki, istintaq-əməliyyat tədbirləri davam etdirilir və ictimaiyyətə əlavə məlumat veriləcək.
Əvvəlki yazı

İcra başçısı “TikTok”dakı videoya görə onu məhkəməyə verdi - 100 manat aldı

Növbəti yazı

Deputat: İlham Əliyevin siyasəti Azərbaycanı güclü və suveren dövlətə çevirib

Bənzər Xəbərlər

Bu ölkədə ağır təyyarə qəzası: HAMI ÖLDÜ
Dünya

Bu ölkədə ağır təyyarə qəzası: HAMI ÖLDÜ

26.İyn.26 /10:47
Azərbaycanda hotellərlə bağlı YENİLİK - QAYDALAR DƏYİŞİR
Sosial

Azərbaycanda hotellərlə bağlı YENİLİK - QAYDALAR DƏYİŞİR

26.İyn.26 /10:44
Daha bir ölkədə GÜCLÜ ZƏLZƏLƏ
Dünya

Daha bir ölkədə GÜCLÜ ZƏLZƏLƏ

26.İyn.26 /10:00
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Sosial

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

25.İyn.26 /17:45
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi (FOTO)
Sosial

Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi (FOTO)

25.İyn.26 /17:43
Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü
Siyasət

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

25.İyn.26 /17:41
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYE
Manşet

Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYE

25.İyn.26 /17:38
Ölümündən sonra təltif edilən polkovniklər...
Hərbi

Ölümündən sonra təltif edilən polkovniklər...

25.İyn.26 /17:36
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Sosial

General rütbəsi verilən zabitlər kimdir? - Foto

25.İyn.26 /17:26

XƏBƏR LENTİ

Bu ölkədə ağır təyyarə qəzası: HAMI ÖLDÜ

Bu ölkədə ağır təyyarə qəzası: HAMI ÖLDÜ

26 İyun, 26 / 10:47
Azərbaycanda hotellərlə bağlı YENİLİK - QAYDALAR DƏYİŞİR

Azərbaycanda hotellərlə bağlı YENİLİK - QAYDALAR DƏYİŞİR

26 İyun, 26 / 10:44
Daha bir ölkədə GÜCLÜ ZƏLZƏLƏ

Daha bir ölkədə GÜCLÜ ZƏLZƏLƏ

26 İyun, 26 / 10:00
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

25 İyun, 26 / 17:45
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi (FOTO)

Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi (FOTO)

25 İyun, 26 / 17:43
Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

25 İyun, 26 / 17:41
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYE

Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYE

25 İyun, 26 / 17:38
Ölümündən sonra təltif edilən polkovniklər...

Ölümündən sonra təltif edilən polkovniklər...

25 İyun, 26 / 17:36
General rütbəsi verilən zabitlər kimdir? - Foto

General rütbəsi verilən zabitlər kimdir? - Foto

25 İyun, 26 / 17:26
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam

Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam

25 İyun, 26 / 17:24
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.