“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçə daha bir dəvət gəlib.
Medialive.az xəbər verir ki, “Aris” 2022-ci ilin yayından Ağdam təmsilçisinin formasını geyinən monteneqroluya təklif göndərib.
Bu yay Konfrans Liqasının birinci təsnifat mərhələsində “Araz-Naxçıvan”a rəqib olmuş və uduzmuş Yunanıstanın tanınmış klubu adıçəkilən legionerə öz istəyini çatdırıb.
Limassol təmsilçisi onunla 2+1 illik müqavilə imzalamağa hazır olduğunu bildirib. “Aris” Monteneqro yığmasının üzvünə illik 1 milyon avro ödəməyə razıdır.
Həmçinin adı hələlik gizli saxlanılan bir Yaponiya klubu da onun xidmətində maraqlıdır.
Asiyalılar bugünlərdə monteneqrolu ilə təmas qurub. Üç ildir Azərbaycanda çıxış edən balkanlıya təkli olunan müqavilənin 3 ildir.
İrəli sürülən maliyyə şərtləri isə Yankoviçin burada qazandığı puldan çoxdur. O, sözügedən kluba üz tutarsa, illik 800 min avro qazanacaq.




















