Venesueladakı vəziyyətə kənardan, xüsusən də güc yolu ilə qərar qəbul etmək olmaz.
Medialive xəbər verir ki, bu sözləri İspaniyanın xarici işlər naziri Xose Manuel Albares deyib.
ABŞ-nin respublikadakı hərbi əməliyyatını şərh edən diplomat qeyd edib ki, beynəlxalq hüquqa açıq şəkildə zidd olan bir hərəkət edilib.
Xarici İşlər Naziri bildirib ki, tarixdə buna bənzər çoxsaylı nümunələr olub. Güc tətbiqi nəticə etibarilə demokratiyaya deyil, xaosa və qeyri-sabitliyə gətirib çıxarır və bu, təkcə onun tətbiq olunduğu ölkədə deyil, həm də regionda baş verir.




















