Aksiyalar davam edərsə, Xameneyi Rusiyaya qaçacaq - ŞOK İDDİA

İranda artan qiymətlərə qarşı dekabrın 28-də başlayan kütləvi etiraz aksiyaları davam edir.

Aksiyalar nəticəsində bir çox insan həlak olub.

Medialive xəbər verir ki, rəsmi Tehran nümayişlərin xarici müdaxilə və dövlətlər tərəfindən yaradıldığını desə də, Britaniya mətbuatında təəccüblü bir xəbər dərc edilib.

“The Times” qəzeti iddia edib ki, təhlükəsizlik qüvvələri etirazları yatırda bilməsə, İranın dini lideri Əli Xameneinin qaçmaq planı var.

Məlumata görə, Xamenei Moskvaya qaçacaq.

Xamneyi bu qaçış planını Suriya lideri Bəşər Əsəddən götürüb. 

Əlavə edilib ki, plan mümkün bir hadisə baş verərsə, Tehrandan tez bir zamanda çıxmaq üçün alternativ bir yol yaratmağı və bu kontekstdə xaricdə aktivlərin, əmlakların və nağd pul vəsaitlərinin toplanmasını nəzərdə tutur. Eyni zamanda Xameneinin 95 milyardlıq sərvəti var. Bu sərvət müxtəlif daşınmaz əmlak və şirkətlərdən ibarətdir.

Bənzər Xəbərlər

XƏBƏR LENTİ