“Aİ-nin Təhlükəsizlik Fondu (SAFE) icmanın bütün müdafiə məsələlərini həll etmək iqtidarında deyil”.
Medialive xəbər verir ki, bu fikirləri Müdafiə və Kosmos üzrə Avropa Komissarı Andrius Kubilius deyib.
O, “Financial Times”a verdiyi müsahibədə bildirib ki, AB müdafiə məsələlərində daha fəal rol oynamalıdır.
Avropa Komissarı əlavə edib ki, fond təkbaşına AB-nin bütün problemlərini həll edə bilməz.
Kubiliusun sözlərinə görə, müdafiə məsələsi daha dərindən müzakirə olunmalıdır.
Qeyd edək ki, 2025-ci ildə Avropa İttifaqı üzv dövlətlərinin silahlı qüvvələrini gücləndirmək və Avropa iqtisadiyyatını hərbiləşdirmək üçün əhəmiyyətli addımlar adıb. Mart ayında Brüsseldə keçirilən sammitdə 800 milyard avro dəyərində Aİ-nin yenidən silahlanma proqramı təsdiqlənib.
Daha sonra Aİ 2030-cu ilə qədər uzunmüddətli hərbi inkişaf proqramının bir hissəsi olaraq hərbiləşdirmə fondunun (SAFE) yaradıldığını açıqlayıb.



















