“Avropa Birliyi ölkədəki etirazlar səbəbindən İrana qarşı yeni sanksiyalar üzərində işləyir”.
Medialive xəbər verir ki, bu fikirləri Almaniya kansleri Fridrix Merts şəxsi “X” hesabında yazıb.
“Biz İran rəhbərliyini əhalini təhdid etməkdənsə, qorumağa çağırırıq”, – deyə Merts vurğulayıb.
O qeyd edib ki, zorakılıq dərhal dayandırılmalıdır.
Qeyd edək ki, dekabrın 28-də İran rialının kəskin şəkildə düşməsi səbəbindən Tehranda tacirlər genişmiqyaslı etiraz aksiyalarına başlayıblar.




















