• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Köşə

Təhlükəsizlik məsələsində cəmiyyətin rolu

28 Yanvar, 26 / 16:41
A A
Təhlükəsizlik məsələsində cəmiyyətin rolu

Bəzən təhlükə gəlirəm demir, nə atəş açılır, nə silah səsləri eşidilir, nə də küçələri panika dalğası bürüyür. Bu təhlükənin səsi insanların gündəlik həyat tərzinin səsi ilə eyni olur. Bu təhlükə rəngsiz görünsə də kənardan pıçıltı ilə bəlkə də səssiz, lakin daxilində yatan kütləvi qırğınlar, təşviş, siyasi ideoloji məqsədlər, panika, həyəcan və son olaraq ölkəyə matəm donunu geyindirmək məqsədi daşıyır. İdeoloji əsaslar dini şüarların arxasında pusqu qurur. Bu “Səssiz faciə” bizim üçün başqa ölkələrdə baş vermiş “Terror aktı” anlayışı kimi xəbərlərdə yer alır. Məsələn, xəritədə Azərbaycanla həmsərhəd olmayan ölkələr – Əfqanıstan, Suriya, İraq kimi Azərbaycanın rifahını təhlükəyə atmayan yerlər kimi görünür. Lakin bu son hadisələr “Səssiz faciə” artıq coğrafiya tanımır və cəmiyyətin içinə sızacaq qədər bizə yaxındır.

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat Xidməti məlumat yaydı: “Xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşan şəxslər həbs ediliblər”. DTX-nin əməliyyat qrupu hücumun, insan itkisinin, partlayışın və ən əsası planlaşdırılan bir “Terror aktı”-nın qarşısını aldı. Bu dəfə terrorun hədəfi uzaq cografi ölkələr deyil, Bakının mərkəzində yerləşən bir səfirlik idi. Bütün bu ssenarini real həyatda tətbiq etmək üçün seçilən “qurbanlar” elə məhz cəmiyyətin içindən, gənc nəsil arasından seçilmişdi. “Kimlərsə” ssenarini yazır və onlara kor-koranə tabe olan gənclər də səssiz şəkildə yazılanı oynayırlar. Burada ən azı “Səssiz faciə” qədər təhlükəli olan elə səssiz şəkildə də yeridilən “beyinlərin işğalı” siyasətidir. Hadisəni həyata keçirmək üçün tutulan qurbanların yaşına diqqət yetirsək vəziyyətin nə qədər kritik olduğunu anlamaq çətin olmaz. Bunlar 2000 və 2005-ci il təvəllüdlü cəmiyyətin “gənc qurbanlarıdırlar”. Hərçənd onlar artıq DTX tərəfindən zərərsizləşdirib və qanuna uyğun cəzalandırılacaqlar.

Burada adi görünən “beyinlərin işğalı” siyasəti gözə görünməz formada mərhələli şəkildə təbliğ olunur. Terrorun kökündə elə bu siyasət durur. Terrorçuların alətinə çevrilmiş siyasət dini donunu geyinərək öncə insanın düşüncəsinə səssizcə daxil olur və zamanla insanın şüurunu elə keçirərək insan beynini şəxsi iradələrinə uyğun kodlarla yenidən yazırlar. Öncə cəmiyyətlə insanın arasına nifaq toxumu səpirlər. Cəmiyyətin daim ona qarşı ədalətsiz davrandığını və haqqının tapdanıldığı təbliğ olunur. Artıq insan cəmiyyətdən uzaqlaşaraq öz yolunu tutmaq qərarını alır. Əslində bu qərar “kimlərinsə” yeni qurbanının şüurunu itirmiş və artıq şüursuz şəkildə onlara tabe olacağının qərarıdır. Daha sonra cəmiyyətlə insan arasında ayrı-seçkilik qanuna qoyulur və düşüncə olaraq 2 cəbhə formalaşır. “Allah tərəfindən seçilənlər” (onlara cənnət vəd olunur) və “Allahdan uzaq düşmüşlər”. Bu cəbhə artıq beynin tam şüursuz şəkildə tabe olması deməkdir. Daha sonra onların yazdığı “din” anlayışı beyinlərə köçürülür. Bu dinin tələbləri zorakılıq savab əməl, kütləvi insan qətli isə Allahın hökmüdür. İnsan artıq cinayəti şüursuz şəkildə savab əməl kimi qəbul edir. Cinayət “Qurban”lara Allah tərəfindən göndərilən müqəddəs missiya olaraq aşılanır.
Bu prosesin böyük bir mərhələsi görünməyən əlaqələrdə baş verir. Sosial media okeanının ən gizlin məkanları məhz bu prosesin həyata keçirilməsi üçün ən əlverişli ünvandır. “Qapalı qruplar”, “Gizlin mesajlaşma proqramları” bu prosesin ocağıdır. Insan ona deyilənə şüursuz tabe olur və burada əlavə sual vermək “Allaha şərik qoşmaq” qədər günahdır. Və hər bir günahın öz cəzası var.

Bu hadisədə DTX əməliyyat qrupu hücumun, insan itkisi və partlayışın qarşısını aldı. Təhlükəsizlik baxımından əməliyyat uğurla nəticələnib. Amma hadisə eyni zamanda cəmiyyət üçün xəbərdarlıqdı: tutulanlar yalnız terroru icra edən, göz önündə olanlardır. Radikalizmin özəyi isə hələ aktivdir. Terrorçuların Xarici səfirliyi hədəf almasının məqsədi dövlətlərarası münasibətlərə zərbə vurmaq və ölkəni beynəlxalq arenada risk altına qoymaqdır. Radikalizmi bəzən “ədalət”, “iman”, “din” və “qardaşlıq” kimi qəbul olunan sözlərin arxasında gizlənir. Burada müəllimlər, dini icmalar və media üzərinə böyük yük düşür. Cəmiyyətə dinin mahiyyətini sağlam şəkildə, qorxutmadan, şüurlu şəkildə anlatmaq lazımdır. Terrorla mübarizə yalnız hüquq-mühafizə orqanları tərəfindən aparılmır. Cəmiyyətin şüuru da qalxan rolunu oynayır. Sağlam dini bilik, müzakirəyə açıq münasibət, maarifləndirmə və gənclərlə daimi ünsiyyət bu mübarizənin ən güclü silahlarıdır.

Şəms Zaman

Əvvəlki yazı

DSX-də yeni təyinat: Nəsib Mirzəyev kimdir? – DOSYE

Növbəti yazı

Nərimanovun icra başçısının müavini təqaüdə çıxdı

Bənzər Xəbərlər

Qurban Qurbanov bu futbolçunu əsas komandadan kənarlaşdırdı
İdman

Qurban Qurbanov bu futbolçunu əsas komandadan kənarlaşdırdı

17.Apr.26 /17:21
Vaqif Əmiraslanın “Gülüstan” pyesi əsasında eyni adlı tamaşasının məşqlərinə başlanılıb…
Mədəniyyət

Vaqif Əmiraslanın “Gülüstan” pyesi əsasında eyni adlı tamaşasının məşqlərinə başlanılıb…

17.Apr.26 /17:09
Azərbaycanda bu qurum LƏĞV EDİLDİ
Sosial

Azərbaycanda bu qurum LƏĞV EDİLDİ

17.Apr.26 /12:30
Zakir Həsənov hərbi hissələri yoxladı - Tapşırıqlar verdi
Hərbi

Zakir Həsənov hərbi hissələri yoxladı - Tapşırıqlar verdi

17.Apr.26 /12:28
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Sosial

İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş

17.Apr.26 /12:25
Bağça müdiri azyaşlının həyatını təhlükəyə atdı - Polis araşdırır - Video
Sosial

Bağça müdiri azyaşlının həyatını təhlükəyə atdı - Polis araşdırır - Video

17.Apr.26 /12:23
Məşhur müğənni VƏFAT ETDİ 
Dünya

Məşhur müğənni VƏFAT ETDİ 

17.Apr.26 /12:21
Prezident Maya Sandu ilə görüşdü
İlham Əliyev

Prezident Maya Sandu ilə görüşdü

17.Apr.26 /12:18
Deputat: Əməkhaqqı artımında bu nisbət nəzərə alınmalıdır
İqtisadiyyat

Deputat: Əməkhaqqı artımında bu nisbət nəzərə alınmalıdır

17.Apr.26 /12:14

XƏBƏR LENTİ

Qurban Qurbanov bu futbolçunu əsas komandadan kənarlaşdırdı

Qurban Qurbanov bu futbolçunu əsas komandadan kənarlaşdırdı

17 Aprel, 26 / 17:21
Vaqif Əmiraslanın “Gülüstan” pyesi əsasında eyni adlı tamaşasının məşqlərinə başlanılıb…

Vaqif Əmiraslanın “Gülüstan” pyesi əsasında eyni adlı tamaşasının məşqlərinə başlanılıb…

17 Aprel, 26 / 17:09
Azərbaycanda bu qurum LƏĞV EDİLDİ

Azərbaycanda bu qurum LƏĞV EDİLDİ

17 Aprel, 26 / 12:30
Zakir Həsənov hərbi hissələri yoxladı - Tapşırıqlar verdi

Zakir Həsənov hərbi hissələri yoxladı - Tapşırıqlar verdi

17 Aprel, 26 / 12:28
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş

İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş

17 Aprel, 26 / 12:25
Bağça müdiri azyaşlının həyatını təhlükəyə atdı - Polis araşdırır - Video

Bağça müdiri azyaşlının həyatını təhlükəyə atdı - Polis araşdırır - Video

17 Aprel, 26 / 12:23
Məşhur müğənni VƏFAT ETDİ 

Məşhur müğənni VƏFAT ETDİ 

17 Aprel, 26 / 12:21
Prezident Maya Sandu ilə görüşdü

Prezident Maya Sandu ilə görüşdü

17 Aprel, 26 / 12:18
Deputat: Əməkhaqqı artımında bu nisbət nəzərə alınmalıdır

Deputat: Əməkhaqqı artımında bu nisbət nəzərə alınmalıdır

17 Aprel, 26 / 12:14
Hərbi xidmət haqqında qanunvericilik yenilənir - Baş nazirdən SƏRƏNCAM

Hərbi xidmət haqqında qanunvericilik yenilənir - Baş nazirdən SƏRƏNCAM

17 Aprel, 26 / 12:13
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.